Husilər rusların olduğu gəmiyə hücum ediblər | VİDEO
“Hollandiyanın “Splitoff” şirkətinə məxsus “MV MINERVAGRACHT” gəmisi təxminən 128 dəniz mili aralı Yəmənin Ədən limanından cənub-şərqdə quruya çırpılıb. Gəmi bu bölgədə olan Avropa dəniz qüvvələrindən kömək istəməyib”, - Avropa dənizçilik mənbələrinin yaydığı xəbərdə deyilir.
Fransa Dəniz İnformasiya Mərkəzi (MICA Center) bu gəminin bir həftə ərzində ikinci dəfə hücuma məruz qaldığını dəqiqləşdirib.
- Husilər bundan əvvəl sentyabrın 23-də ona raket hücumu təşkil etmişdilər. Gəmi zədələnməmişdi. Çünki raket gəminin Ədən körfəzində olduğu yerindən təxminən iki dəniz mili aralıya düşmüşdü”, - məlumatda bildirilir.
Hücumu Yəmən husiləri qruplaşmasının ayağına yazan MICA bu gəminin İsraillə heç bir əlaqəsinin olmadığını və onun iki dəfə vurulmasının səbəbinin bilinmədiyini vurğulayır.
“Associated Press (AP)”, öz növbəsində, bunu Ədən körfəzində iki gəminin batırıldığı iyul ayından sonra ən ciddi hücum adlandırıb.
Husilər 2023-cü ildən bəri mütəmadi olaraq Qırmızı dənizdə və Ədən körfəzində “İsraillə əlaqəli” olduqlarını iddia etdikləri gəmilərə qarşı hücumlar həyata keçirirlər.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


